Sizin Reklam Burada
Tel: 050 378-66-61

Dini Komitə 800 min manata portal açır - "Amin"

Bu gün, 08:42   






Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

AnXeber.az xəbər verir, Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Amin” portalının yaradılması nəzərdə tutulur. 

Satınalma müqaviləsinin maliyyə dəyəri  802 860,2 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

"Best Solution” MMC 21 yanvar 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Jana Krimpedir. "Best Solution” MMC "ASAN İmza” xidmətinin təminatçısıdır. 

 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar