Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rəsul Quliyev Etibar Məmmədova maşını niyə hədiyyə edib?- “İsgəndər Həmidov...”

23-02-2023, 22:03   


Rəsul Quliyev Etibar Məmmədova maşını niyə hədiyyə edib?- “İsgəndər Həmidov...”

Milli Məclisin sabiq sədri Rəsul Quliyev 1990-cı illərin əvvəllərində Etibar Məmmədovun rəhbərlik etdiyi partiyaya “Mercedes” markalı avtomobil hədiyyə etdiyini qeyd edib.

“Etibar Məmmədovla dost idim. Daxili İşlər Nazirliyi üçün də 10 “Mercedes” almışdım”, - deyə R.Quliyev əlavə edib.

Məsələni dəqiqləşdirmək üçün AMİP siyasi şurasının üzvü Əli Orucovla əlaqə saxladıq.

Ə.Orucov Cebhe.info-ya açıqlamasında deyib ki, o zaman Etibar Məmmədova bir maşın verilmişdi:

“Amma o maşının kim tərəfindən verildiyini dəqiq bilmirəm. Ola bilsin ki, Rəsul Quliyev verib. Etibar Məmmədova verilən maşının dövlət qeydiyyat nişanı isə “13-13 АГТ” idi”.

Əli Orucov Rəsul Quliyevin hədiyyəsini isə Etibar Məmmədov təşəkkür etmək üçün verdiyini deyib:

“Etibar Məmmədov Rəsul Quliyevi də o vaxt müəyyən məsələlərlə bağlı Azərbaycanın sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovdan müdafiə etdi. Yəqin o maşını da təşəkkür niyyətində Etibar Məmmədova hədiyyə edib”.

Vilayət Muxtar

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar