Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Minlərlə tələbə Türkiyədə çarəsiz qalıb: AZAL niyə biletləri ucuzlaşdırmır?

13-02-2023, 18:55   


Minlərlə tələbə Türkiyədə çarəsiz qalıb: AZAL niyə biletləri ucuzlaşdırmır? 


Türkiyədə baş verən zəlzələ səbəbi ilə uiversitetlərdə müəyyən müddətdə onlayn təhsil sisteminə keçilib. 

Bu gün Türkiyədə minlərlə azərbaycanlı tələbə təhsil alır. Ancaq səfirlik acıqlayıb ki, təxliyə ancaq zəlzələ olan bögələrə şamil olunur.

Qeyd edək ki, zəlzələ bölgəsindən 200-dən artıq tələbə təxliyə edilib. Hazırda isə orada təhsil alan bir çox azərbaycanlı tələbə vətənə dönmək istəsə də, təyyarə biletlərinin bahalığı ilə bağlı problemlə üzləşirlər.

 Mövcud vəziyyətlə bağlı AZAL qiymətlərdə endirim etməyi düşünürmü? 

Məsələ ilə bağlı AZAL-a müraciətimiz zamanı bu sualı ancaq sorğu əsasında cavablandıra biləcəklərini bildirdilər. İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı bildirdi ki, ehtiyacı olanların təxliyəsi ilə bağlı birbaşa dövlətin özü məşğul olmalıdır: 

“Yəni bu dəstəklə heç AZAL, “Buta” da kasıblamaz. Oradan 8-9 pulsuz reys təşkil etməklə istəyənlərin geri dönməsini təşkil etmək olar. Yeri gəlmişkən, zəlzələ bölgəsində Antep, Hatayın hava limanı istifadəyə verilib. Çarter reysləri ilə bölgədə olan azərbaycanlı vətəndaşlar və tələbələrin həmin bölgələrdən təxliyə olunması mümkündür. 

Dövlət üçün bu reyslər qəpik-quruşdur. Ancaq vətəndaşlarımızın orada qarşılaşdığı dəhşətli faciəni nəzərə alsaq, dövlətin “əlini daşın altına qoyması” vacibdir və böyük vəsait də tələb etmir. Bir təyyarənin çarter reysi ilə həmin bölgələrdən istəyənləri, tələbələri geri qaytarması 25 min dollardır. Yəni 10 reys olsa, 250 min dollardır ki, bu elə də böyük vəsait deyil. Ona görə də bu vətəndşalrın geri dönməsi üçün dövlətin çarter reysləri təşkil etməsi daha məqsədəuyğundur. İlk növbədə zəlzələ bölgəsində yaşayanların təxliyə olunması daha doğrudur. Digərləri üçün də quru sərhədləri, Gürcüstan vasitəsilə keçidin təmini mümkündür. Gürcüstanla Türkiyə arasında sərhəd açıqdır. Bir tək Gürcüstanla Azərbaycan arasında, yaxud Naxçıvandan keçməklə, ancaq orada qeydiyyatı olanları buraxırlar ki, bu doğru deyil. Bir çox hallarda bu tədbirlərin sadələşdirilməsi mümkünüdür. İstəyənlər öz hesabına, ehtiyacı olanlar, xüsusilə tələbələrin çarter reysləri ilə gəlməsi daha doğru olar”. 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar