Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Zəlzələ fobiyasından qurtulmaq üçün..." - Mütəxəssis rəyi

9-02-2023, 09:43   




Türkiyədə baş verən faciəvi zəlzələdən sonra əhali arasında qorxu və təşviş halları çoxalıb.

İnsanlar hər an zəlzələ olacağını düşnür, ehtiyat tədbirləri görürlər.

Bəs, psixoloqlar təşviş keçirən insanlara nə məsləhət görürlər?



ADPU-nun Yaş və pedoqoji psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Edison Quliyev Bakupost.az -a açıqlamasında insanlarda zəlzələ ilə bağlı həyəcan, qorxu və fobiyanın yaranmaması üçün maarifləndirici məlumatlar verilməsinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, belə dəhşətli zəlzələlər nadir hallarda olur:

"Təbii ki, bu hadisənin insan psixologiyasına təsiri, müxtəlif insanların buna reaksiya verməsi normaldır. Burada məlumatlandırmanın böyük rolu var. Əhalini zəlzələ ilə bağlı məlumatlandırmaq lazımdır. Vəziyyətlə bağlı detallı, ətraflı izahat verilməlidir. Türkiyədə dəhşətli zəlzələnin baş verməsi o demək deyil ki, bu, bizdə də ola bilər. AzTV ötən gün bunu etdi. Mütəxəssislər çıxış etdilər. Bildirdilər ki, Azərbaycanda belə bir təhlükə gözlənilmir. Onları dinləmək lazımdır. Təbiətdə belə hadisələr ola bilər. Geoseysmik, aktiv zonada yaşayırıq. İnsanlar kiçik təkanlarla bağlı məlumatlandırılmalıdır ki, həyəcan keçirməsinlər, fobiya əmələ gəlməsin. Təbliğat işi aparılmalıdır. Bu cür hallara hazır olmaq lazımdır".

Edison Quliyevin fikrincə, bir müddətdən sonra zəlzələnin emosional təsiri tarazlaşacaq:

"Bu sahədə çalışan insanlar məsləhət verməlidir. Zəlzələ baş verərkən nə etmək lazım olduğunu bilmək və ehtiyat tədbirləri görmək yaxşı haldır. Mənim yadımdadır ki, 2002-ci ildə zəlzələ olanda Azərbaycanda bu haqda çox məlumatlar verirdilər. Bəzən görürsən qorxu insanın iradəsinə pis təsir etdiyindən ağlabatan addımlar edə bilmir. Mənə elə gəlir ki, bir müddət keçəndən sonra zəlzələnin emosional təsiri tarazlaşacaq. İnsanlar hadisəyə daha düşüncəli yanaşacaqlar".

Edison Quliyev qeyd edib ki, bütün emosiyalarımızı Türkiyəyə yardım etməyə yönəltməliyik:

“Türk xalqına dəstək, onun dərdinə şərik olmaqla psixoloji gərgin vəziyyətdən uzaqlaşa bilərik. Onların acısını yüngülləşdirməklə bizim özümüz də yüngülləşəcək, mənəvi rahatlıq hiss edəcik. Bununla da qorxu hissi keçirməyə vaxtımız az qalacaq”.

Əfsanə Rəcəb
BakuPost
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar