Rusiyada hərbi xidmət yaşına çatmış çağırışçılar da sülhməramlıların tərkibində xidmətə cəlb ediləcəklər.
"AzPolitika.info" xəbəər verir ki, bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi tərəfindən qanuna dəyişiklik hazırlanıb.
Əgər qanuna dəyişiklik qəbul edilərsə, rusiyalı çağırışçılar Qarabağda və Dnestryanı bölgədə xidmətə cəlb ediləcəklər.
Qanun 2022-ci il avqustun 15-dən hərbi xidmətə çağırılan bütün çağırışçılara şamil oluna bilər.
Qeyd edək ki, görünür Rusiya Qarabağda və Dnestryanı bölgədə sülhməramlı kimi xidmət edən təcrübəki hərbçilərui Ukraynaya göndərib, onları çağırışçılarla əvəz etmək niyyətindədir.
"AzPolitika.info"