Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AZAL Türkiyədən gələnlər üçün qiyməti ucuzlaşdırır?- “Bu gün, sabaha...”-RƏSMİ

7-02-2023, 14:04   


AZAL Türkiyədən gələnlər üçün qiyməti ucuzlaşdırır?- “Bu gün, sabaha...”-RƏSMİ


“Zəlzələ bölgələrinə humanitar yardım və axtarış-xilasetmə qruplarının çatdırılması üçün əməliyyatlar davam edir”. 

Bu barədə Türkiyə Hava Yollarının sözçüsü Yəhya Üstün sosial media hesabından verdiyi açıqlamada bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə doqquzu yük təyyarəsi olmaqla 47 uçuş həyata keçirilib:

“Bu çərçivədə yola düşən humanitar yardım təyyarələrimizin geri dönüş reyslərini vətəndaşlarımızın istifadəsinə təqdim edirik. Həm bu reyslərin, həm də bizim Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbula uçuşların bilet qiymətlərini 13 fevral tarixinə qədər vergilər də daxil olmaqla 100 TL-yə (təqribən doqquz manat) təyin edirik”. 

Qeyd edək ki, Türkiyədə mərkəzi Kahramanmaraş olmaqla 10 bölgədə baş verən zəlzələ ilə bağlı ölkənin milli təhsil naziri Mahmut Özer də əhaliyə müraciət edib: 

“Türkiyənin mövcud iqlim şəraitini və zəlzələ bölgələrində daha dinc işləmək kontekstində nəinki zəlzələ bölgəsindəki əyalətlərdə, hətta ətraf əyalətlərdə də prosesləri dinc yolla idarə etmək üçün biz 13 fevrala qədər Türkiyədəki bütün məktəblərimizdə tətil elan edirik. Beləliklə, xalq olaraq, dövlət olaraq həm prosesləri daha rahat həyata keçirmək, həm də digər vilayətlərdəki vətəndaşlarımızın, xüsusən də bu 10 vilayətdə qohum-əqrəbası olan vətəndaşlarımızın gediş-gəlişini asanlaşdırmaq baxımından bu qərarı vermişik”. 

Xatırladaq ki, Türkiyənin zəlzələ baş verən bölgələrində təhsil alan azərbaycanlı tələbələr də az deyil. Türkiyə Hava Yolları uçuş qiymətlərini 100 lirə, təxminən 9 manat müəyyənləşdiribsə, azərbaycanlı tələbələrin ölkəmizə gəlməsi üçün Azərbaycan Hava Yolları (AZAL) qiymətlərdə endirim tətbiq edəcəkmi?

Məsələ ilə bağlı “AZAL”ın mətbuat xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirildi ki, bu məsələ ilə bağlı bir qədər səbrli olmaq lazımdır: “Bu, dövlət səviyyəsində olan bir məsələdir. Ona görə də bu gün, sabaha müəyyən qərarlar veriləcək”.

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar