Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda bu müəssisədə qadınlara böyük jest - İşdən 1 saat tez çıxacaqlar

3-02-2023, 11:01   


 

Azərbaycanda bu müəssisədə qadınlara böyük jest - İşdən 1 saat tez çıxacaqlar

Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar.

Bakı Ali Neft Məktəbi nümunəvi addım atıb. Bu barədə "Facebook"da "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib.

Belə ki, sözügedən təhsil ocağının qadın əməkdaşlarının evə vaxtında çata bilməsi üçün işdən saat 17:00-da çıxması qərarına gəlinib.

Paylaşımı olduğu kimi təqdim edirik:

Bakı Ali Neft Məktəbindən nümunəvi addım!

BANM-in rektoru Elmar Qasımov bildirib ki, ali məktəbdə qadınların iş saatı ilə bağlı yeni qərar qəbul edilib:

“Bakı şəhərində hər gün tıxac var. Təbii ki, 18:00-da işdən çıxan qadın evə gec çatır. Biz də öz daxilimizdə qərar qəbul etmişik ki, qadınlar saat 17:00-da işdən çıxsınlar. Bu zaman onlar 18:00-da evdə olur. Fikrimcə, bu, hardasa məişət problemini bir tərəfdən həll edir”. (publika.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar