Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Neçə şəhid ailəsi və Qarabağ əlili hökumətdən ev gözləyir? - RƏSMİ

1-02-2023, 17:23   


Neçə şəhid ailəsi və Qarabağ əlili hökumətdən ev gözləyir? - RƏSMİ


Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə məcburi köçkünlər üçün tikilmiş, amma hazırda təyinatı dəyişdirilmiş mənzilləri satışa çıxarıb.

Mənzillər 2, 3, 4 otaqdan ibarətdir. Satışına 23 yanvar saat 10:00-da başlanılan mənzillər Bakının Ümid, Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonunda yerləşir. Mənzillərin satışından əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Mənzillərin satışa çıxarılması hazırda nə qədər şəhid ailəsi, müharibə əlilinin ev növbəsində olduğunu gündəmə gətirib. 

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən Cəbhə.info-nun sorğusuna cavab olaraq bildirilib ki, uçota alınma dövrü daha 3 il uzadılıb. 

"Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə onlara 13 mindən çox mənzil verilib". 

Məlumatda qeyd edilib ki, uçota alınma dövrü uzadılıb:

"Prezident İlham Əliyevin 7 dekabr 2022-ci il tarixli Sərəncamı ilə həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün uçota alınma dövrü daha 3 il uzadılıb. Yəni 2014-cü il yanvarın 1-dən artıq 2020-ci il yanvarın 1-dək deyil, 2023-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan, habelə Sərəncamda nəzərdə tutulan digər imtiyazlı şəxslərin 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin olunması tapşırılır. Həmçinin yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələrinin və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərin də Sərəncamla 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulur". 

Agentliyin məlumatına görə, hazırda proses davam edir: 

"Qeyd olunanlarla əlaqədar yerli icra hakimiyyəti orqanlarında imtiyazlı şəxs qismində mənzil növbəsinə qeydiyyat prosesi və onların siyahılarının aidyyəti üzrə təqdim edilməsi hazırda davam edir. Proses bitdikdə bu barədə ətraflı məlumat veriləcək". 

Günay Şahmar
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar