Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sərnişinlərin nəzərinə! - Bakıda bu avtobusların hərəkəti məhdudlaşdırıldı

21-01-2023, 14:29   


Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) qafqazinfo-ya bildirilib. Məlumata görə, buna səbəb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə təmir-bərpa işlərinin aparılmasıdır.

Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar