Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

20-01-2023, 12:45   


Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı


Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar