Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda YAP Mərkəzi Aparatının əməkdaşları, partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin üzvləri və yerli təşkilatlarının sədrləri iştirak ediblər. Tədbirdə YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib. Toplantıda partiyanın bütün yerli təşkilatlarının sədrləri iştirak edib, yalnız bir istisna olub. Belə ki, YAP Naxçıvan Muxtar Respublkası Təşkilatının sədri Vasif Talıbov tədbirdə gözə dəyməyib. Qeyd edək ki, Vasif Talıbov YAP Naxçıvan Muxtar Respublkası Təşkilatının sədri olmaqla yanaşı, həm də partiyanın İdarə Heyətinin üzvüdür. Onun ya tədbirə çağırılmadığı, ya da çağırılsa da iclasa qatılmaqdan imtina etdiyi güman olunur. Bu günlərdə isə Naxçıvan xanının istefası onun YAPdakı durumu ilə bağlı yeni suallar yaratdı. Naxçıvanda aşkarlanan ciddi korrupsiya faktlarından sonra bu istefa qərarı labüd idi. Çünki Naxçıvanda keçirilən əməliyyat nəticəsində çox ciddi korrupsiya faktları üzə çıxmışdı. Bütün bunlar isə V.Talıbovun idarəçiliyinin nəticəsi idi və maraqlıdır ki, YAP Mərkəzi İcra Aparatının rəhbəri YAP Naxçıvan Muxtar Respublkası Təşkilatının sədri, İdarə Heyətinin üzvü ilə bağlı hər hansı bir tədbir görülməsini ya məsləhət bilmir, ya da buna cəsarət etmir. T.Budaqov Hüseynbala Mirələmov və digər bu kimi hallarda da hadisələrin arxasında asta yerişi ilə diqqəti çəkib. Onu da bildirək ki, Tahir Budaqov Statistika Komitəsinin sədri olarkən də uğursuz idarəçiliyi ilə diqqət çəkib. Onun rəbərliyi dönəmində ölkədəki siyahıyaalma zamanı qurumun gerçək səriştəsizliyi üzə çıxandan sonra, sosial şəbəkələrdə Tahir Budaqovun siyahıyaalma kampaniyasının məsxərə predmetinə çevrilmişdi. O zaman siyahayaalınma üçün ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, məlumat ticarət bazası yartmaq olardı, ölkənin inkişafına ciddi töhvə verə biləcək Biq data yaratmaq olardı ki, bunun əsasında ən optimal qərarlar qəbul edilərdi, menecment sistemi qurulardı, hökümətin, idarəçilərin əlində real-düzgün məlumat bazası olardı.