Azərbaycan Ümid Partiyasının dəvəti ilə Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri 27 noyabr tarixində ölkəmizə səfərə gəliblər.
Səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının, həmçinin Azərbaycan Ümid Partiyası və ölkəmizdə fəaliyyət göstərən digər siyasi partiyalarla, Qeyri-Hökumət Təşkilatları və media nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 30-na kimi davam edəcək.
28 noyabr tarixində Təşkilat Komitəsinin üzvləri Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib, gül dəstələri qoyublar.