Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İki deputat AzTV sədrini belə yaş yuyub, quru sərdi - FOTO

23-09-2022, 11:43   


Milli Məclisin iki deputatı sosial şəbəkədə  Azərbaycan Televiziyasında (AzTV) yayımlanan verilişi və AzTV rəhbərini tənqid ediblər.


Yenicag.az xəbər verir ki, deputat Əziz Ələkbərli “Facebook” hesabındakı paylaşımda qeyd edib:

“Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.

Deputat Etibar Əliyev də statusa şərh yazaraq AzTV rəhbərliyini ittiham edib:

“AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar