Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

100 dolların badına getdi

6-09-2014, 13:20   
100 dolların badına getdiBakıda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 5-də Lökbatan qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin cibindən içərisində 100 ABŞ dolları olan pul kisəsini götürərək qaçıb.

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Emin Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5 qramdan artıq marixuana götürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar