Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda saxlanılan vəhhabilərdən pul və pul verənlərin siyahısı çıxdı

21-06-2014, 10:40   
Bakıda saxlanılan vəhhabilərdən pul və pul verənlərin siyahısı çıxdı
Bu gün günorta saatlarında Bakının Səbayel rayonunun Badamdar qəsəbəsindəki məsciddə Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları tərəfindən vəhhabilərə qarşı keçirilmiş əməliyyatla bağlı maraqlı təfərrüatlar məlum olub.

Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin qafqazinfo.az-a verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul vəsaiti çıxıb. Həmçinin əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftərçə də aşkarlanıb.

Bundan başqa, pul və dəftərçə kimi çoxlu sayda qadağan olunmuş ədəbiyyat da müsadirə edilib. Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhhabi saxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar