Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

İcra başçısının avtomobilinin şok videosu - 60-lıq yolda 100 km/saatla sürür

19-11-2016, 14:27   
İcra başçısının avtomobilinin şok videosu - 60-lıq yolda 100 km/saatla sürür

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobilinin qayda pozuntusuna yol verdiyi barədə videokadrlar yayılıb

Politika.Az xəbər verir ki, A24.Az-ın redaksiyasına videokadrları təqdim edən vətəndaş bildirib ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib.

“Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksət sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.

Həmin videosujeti təqdim edirik:[media=https://www.youtube.com/watch?v=UQYeaI-NGio]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar