
Amerikalı senator, Respublikaçılar Partiyasından 2008-ci il seçkilərində prezidentliyə namizəd olmuş Con Makkeyn ölkə başçısı Barak Obamani rüşvət verməkdə ittiham edib.
Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, qocaman senator Obama administrasiyasının Fars körfəzi ölkələrindən İranın nüvə proqramı ilə bağlı ABŞ-ın gəldiyi razılığa dəstək olması üçün bu addımı atdığını düşünür:
“Hesab edirəm ki, onlar (Obama administrasiyası) rüşvətin ağla gələn bütün formalarından istifadə edəcəklər. Amma Fars körfəzi ölkələrində bu razılaşma ilə bağlı həddən artıq ciddi narazılıqlar olduğu üçün bu addımların nəticə verəcəyini düşünmürəm”.
İranın körfəz ölkələri üçün böyük təhlükə olduğunu xatırladan Makkeyn, ABŞ-ın həmin ölkələrə raket zərbələrindən kollektiv müdafiə sistemini təklif etməsini bu rüşvətin bir forması olduğunu deyib.