Sizin Reklam Burada
Tel: 050 378-66-61

Fransa bu raketləri Azərbaycana təklif edib, ancaq... - (Video, Fotolar)

9-04-2015, 14:46   
Fransa bu raketləri Azərbaycana təklif edib, ancaq... - (Video, Fotolar)
Fransa bir il əvvəl Azərbaycana SAMP-T zenit-raket komplekslərini təklif edib. Lakin Azərbaycan bu təklifdən imtina edib və Rusiya istehsalı olan zenit-raket komplekslərinə üstünlük verib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Rusiya saytları yazır.

Məlumatda deyilir ki, həmin sistemləri indi Gürcüstan əldə edə bilər. Gürcüstan öz hərbi-hava qüvvələrinin effektivliyini artırmaq üçün Fransadan bu sistemlərin alınmasına dair danışıqlar aparır.

SAMP-T zenit-raket kompleksləri 360 dərəcə radius boyu atəş aça bilir, olduqca güclü konstruksiyaya və yüksək manevrli raketlərə malikdir. Bu raketlər istənilən hava hədəfini məhv edə bilir.

Kompleks Fransa və İtaliyanın silahlanmasına daxildir, bu ölkələrin NATO-nun Avropada ballistik raketləri tutmaq üçün nəzərdə tutulan hava hücumundan vahid müdafiə sisteminə öz töhfəsini verir.

SAMP-T kompleksləri yüksək atəş tempinə və minimal reaksiya müddətinə malikdir, 8 raketi cəmi 10 saniyə ərzində buraca bilir. Kompleks eyni vaxtda onlarla müxtəlif hava hədəflərini izləyir və cəmi iki nəfərlik heyətlə idarə olunur.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar