
Dünən Səbail rayonunda daha bir dəhşətli cinayət hadisəsi baş verib.
Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 25-də saat 19 radələrində oğul atasını bıçaqlayıb. Belə ki, Y.Mürsəlov küçəsində 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xasarəti yetirilib
Cinayəti törətməkdə şübhəli bilinən oğlu 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov saxlanılıb. Onun hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Murad Əhməd