
İŞİD-in yaydığı edam videosu Kenji Gotonun anasını dəhşətə gətirib
Yaponiyalı girov Kenji Gotonun İslam Dövləti döyüşçüsü tərəfindən başının kəsilməsini göstərən video Yaponiyada qəzəblə qarşılanıb.
ANS PRESS-in məlumatına görə, terrorçuların yaydığı edam videosu Kenji Gotonun anasını dəhşətə gətirib.
Baş nazir Şinzo Abe deyib ki, Yaponiyanın terrorçuluğa baş əyməyəcəyini və İŞİD-ə qarşı vuruşan ölkələrə dəstəyini genişləndirəcəyini bildirib. Elə İŞİD-da Yaponiyanın onlara qarşı mübarizəyə verdiyi maddi yardıma görə yaponları girov götürdüyünü açıqlamışdı.
Hadisədən bir həftə öncə daha bir yaponiyalı kişi, Haruna Yukavanın başının kəsilməsini göstərən video da dərc olunmuşdu.
47 yaşlı cənab Goto müharibə zonalarında dinc sakinlərin əziyyətləri barədə hazırladığı reportajlara görə tanınan jurnalistdir. O, oktyabr ayında Yukavanın azad edilməsini təmin etmək üçün Suriyaya getmişdi.
İŞİD tərəfindən yayılmış videonun gerçəkliyi təsdiq olunmayıb, lakin Yaponiya rəsmiləri onun gerçək olduğunu düşünür.
