Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev və Sarkisyan növbəti dəfə Nyu Yorkda görüşəcəklər

28-10-2014, 19:52   
Əliyev və Sarkisyan növbəti dəfə Nyu Yorkda görüşəcəklər


Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2015-ci ilin sentyabrında Nyu Yorkda BMT Baş Məclisinin iclası çərçivəsində olacaq.

bunu Fransa prezidentinin mətbuat xidməti bildirib.

Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri bu barədə Paris görüşündə razılığa gəliblər.

Oktyabrın 27-də Parisdə keçirilən görüşdə Fransa prezidenti Olland Dağlıq Qarabağ problemində indiki status kvonun qəbul edilməz olduğunu bildirib. O, Azərbaycan və Ermənistan prezidentlərini siyasi iradə göstərməyə, öz xalqlarını sülhə hazırlamağa çağırıb.

Olland Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq həll edilməsinin vacib olduğunu vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar