
Bakıda ölümlə nəticələnən hadisə baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 17-də Suraxanı rayonu Əmircan qəsəbəsi, Balandin küçəsində qəsəbə sakini 1974-cü il təvəllüdlü Vüqar Ramazanov idarə etdiyi «Nissan» markalı avtomobillə Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Tərlan Paşazadəni vurub.
T. Paşazadə hadisə yerində ölüb.