Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İmtahandan 1 ay keçsə də, nəticə açıqlanmır: "Hansısa narahatlıq..."

19-04-2023, 15:01   


İmtahandan 1 ay keçsə də, nəticə açıqlanmır: "Hansısa narahatlıq..."


Bildiyiniz kimi, 12 mart tarixində 17 şəhər və rayonda buraxılış imtahanı keçirilib.

Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan MR-də, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz, Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində keçirilmiş həmin imtahanlarda təxminən 26 mindən çox şagird iştirak edib.

Martın 13-də isə Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında, Mingəçevir şəhərində buraxılış imtahanları keçirilib. Həmin imtahanlarda 19 mindən çox şagird imtahan verib.

İmtahandan 1 aydan artıq müddət keçməsinə baxmayaraq, hələ də nəticələr açıqlanmayıb. Bununla bağlı sosial şəbəklərdə müxtəlif iddialar səsləndirilir, valideynlər öz narazılıqlarını dilə gətirirlər.

Bəs nəticələr hansı tarixdə elan ediləcək?

Dövlət İmtahan Mərkəzindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, nəticələr 1-2 gün ərzində elan olunacaq:

"Əvvəlcədən də məlumat verilmişdi ki, imtahan nəticələri təqribən 1 ay müddətində elan olunacaq. Hansısa bir narahatlıq və gecikmə yoxdur. Nəticələrin emalı başa çatan kimi, 1-2 gün ərzində elan olunacaq".

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar