Şamaxı Astrofizika Rəsədxanası bayram namazının vaxtını açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsədxananın Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.
Hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.
Nigar HƏSƏNLİ,
Musavat.com