Sizin Reklam Burada
Tel: 050 378-66-61

ABŞ-ın CAVAB TƏDBİRİ NƏ OLA BİLƏR? - "İki variant var..."

8-01-2020, 15:16   



İranın İraqdakı ABŞ hərbi bazalarına endirdiyi raket zərbələri birinci və sonuncu ola bilər. Bu qənaətə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin verdiyi açıqlamadan gəlmək olar.

“İran BMT xartiyasının 51-ci maddəsinə əsasən bizim vətəndaşlara və yüksək rütbəli rəsmilərimizə qarşı hücumun qaynaqlandığı bazanı hədəf almaqla proporsional özünümüdafiə tədbiri görüb və bitirib", - İran xarici işlər naziri "Twitter"də yazıb.

“Biz müharibə eskalasiyası istəmirik, ancaq özümüzü istənilən təcavüzə qarşı qoruyacağıq”- deyə, o əlavə edib.

Siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, ABŞ bazalarına raket hücumu zamanı şəxsi heyətinin sayı az və raket hücumundan müdafiə sistemi olmayan ABŞ hərbi bazaları seçilib ki, həm itki minimal olsun, həm də raketlər hədəfə dəysin.

Təhlilçi qeyd edib ki, vurulan bazalardan birində ümumiyyətlə, ABŞ əsgəri olmadığı bildirilir. Pentaqon öz əsgərləri arasında itki olmadığını açıqlayıb: "Süleymaninin cənazəsi basdırılmadan həyata keçirilən hücumda əsas məqsəd qarşı tərəfə ağrılı zərbə vurmaqdan daha çox, İran rejiminin ölkə daxilində və bölgədə öz nüfuzunu qoruması, gücünü göstərməsi olub. Yəni bu hücumun təbliğata və mümkün qədər qarşı tərəfin əks zərbələrinə əsas yaratmamağa hesablanan bir addım olduğu ortadadır".

Ş.Cəfərli bildirib ki, indi ABŞ-ın cavab verib-verməyəcəyi önəmlidir: Tramp hadisədən sonra ilk tvitində təmkinli davranıb və səhər açılandan sonra açıqlama ilə çıxış edəcəyini söyləyib. Cavab olarsa, 2 variant var:

1. Bölgədəki - İraq və Suriyadakı İran qüvvələrinin vurulması;

2. İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna aid raket bazalarına zərbə endirilməsi.

İkinci variant iki ölkə arasında müharibə anlamına gələcəyi üçün birincinin gerçəkləşmə ehtimalı daha güclüdür. Tramp ümumiyyətlə, cavab verməyərək eskalasiyanı dayandıra da bilər".

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar