Sizin Reklam Burada
Tel: 050 378-66-61

"Qaçqınkom"da kadr dəyişikliyi: İki yeni təyinat oldu

10-05-2018, 12:37   


“Qaçqınkom”da kadr dəyişikliyi: İki yeni təyinat oldu

Want create site? Find Free WordPress Themes and plugins.

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

A24.Az Report-a istinadən  xəbər verir ki, bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Bundan başqa, mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb. Həmin departamentin direktoru vəzifəsinə İbrahim Mirzəyev təyin olunub.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

A24.Az 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar