Sizin Reklam Burada
Tel: 050 378-66-61

Azərin “Yoxlama”sı məktəb direktorunu ölümlə üz-üzə qoydu - FOTOLAR- VİDEO

26-01-2017, 22:47   



Moderator.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Yoxlama” verilişi 171 saylı orta məktəbin direktorunu ölümlə üz-üzə qoyub. Belə ki, “Yoxlama” verilişinin aparıcı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb. Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı direktor Telman Qardaşovun beyninə qan sızdığı müəyyən olunub. Telman müəllimi müalicə üçün başqa xəstəxanaya aparmaq istəyən ailə üzvlərinə həkimlər tərəfindən deyilib ki, xəstəni yataqdan tərpətmək ölümünə səbəb ola bilər. Hazırda direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Moderator.az-a bu barədə direktorun yaxınları tərəfindən məlumat daxil olub.

Moderator.az "Yoxlama"nın sözügedən buraxılışının videogörüntüsünü də tədim edir. Və bildirirk ki, aldığımız bu xəbərlə bağlı daha ətraflı məlumat toplayıb, diqqətiniz çatdıracağıq.
[media=https://www.youtube.com/watch?v=PIIVk-VVh-Q]


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar