Sizin Reklam Burada
Tel: 050 378-66-61

“Ölüm siyahısı”nda Rövşən Lənkəranski ilə çiyin-çiyinə: Polis hərəkətə keçdi

19-12-2016, 15:11   


Türkiyədə öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olduğuna görə adı “ölüm siyahısına” daxil edilən “qanuni oğru” İnquş Həmzət ləqəbli Həmzət Auşevin ətrafında yeni qalmaqal yaranıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, İnquş Həmzətin yaxınları tərəfindən həbsxananın mühasirəyə alınmasından sonra içəridə qiyam olacağı ehtimalı güclənib. Bunu nəzərə alan yerli qurumlar polis əməkdaşlarına məhbuslar arasında kütləvi iğtişaş baş verəcəyi təqdirdə davranış qaydalarına dair təlimlər keçir.

Qeyd edək ki, məşhur həbsxanada son qiyam 21 martda olub. Həmin gün İnquş Həmzətin yaxınları və qohumları həbsxananın binasını mühasirəyə alıb. Onlar içəridə polsilər tərəfindən “qanuni oğru”ya qarşı zorakılıq tətbiq edildiyini bildiriblər.

Toplaşanları ancaq havaya güllələr ataraq ərazidən uzaqlaşdırmaq mümkün olub.

Qeyd edək ki, İnquş Həmzət Ded Xasan klanının düşmənləri sırasında yer alıb. Belə ki, Rusiya kriminal aləminin “xaç atası” Ded Xasan ölümündən əvvəl 19 nəfərin öldürülməsini zəruri sayıb. Onların əksəriyyətini Azərbaycan və Gürcüstan əsilli “qanuni oğrular” olub. “Ded Xasan”ın siyahısında düşmənləri - “Merab Suxumski” ləqəbli “qanuni oğru” Merab Cjanqvelazde, “Cemo” ləqəbli “qanuni oğru” Cemal Mikeladze və “Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Canıyevin adı da yer alıb.

Bundan başqa, onların Dubayda təşkil etdikləri oğru “sxodka”sında “qanuni oğru” adı verdiyi 16 nəfərin adı da siyahıya salınıb:“Lexa Zlak”, “Hacı”, “Paşa Paştet”, “Rüfət Gəncinskiy”, “Astik Suxumskiy”, “Ruslan Lebed”, “Manço Suxumskiy”, “Tolyan Tolyatinskiy”, “Tengiz Xoca”, “Əhməd Şalinskiy”, “Oleq Mumu”, “Qio Jorka”, “Həmzət İnquş”, “Laşa Peçerskiy”, “Sanya Medvejonok” və “Yanka”.

Ded Xasanın qətlindən sonra siyahının öz qüvvəsini itirdiyi deyilsə də, Rövşən Lənkəranskinin qətli deyilənləri təkzib edib.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar