Sizin Reklam Burada
Tel: 050 378-66-61

Bakıda "London taksisi" ilə ölüm rəqsi

3-06-2015, 12:31   
Bakıda "London taksisi" ilə ölüm rəqsi
Oxuculardan biri Bakıda "London taksisi" ilə ölüm rəqsi edən gəncin videosunu avtosfer.az-a göndərib.

Video iyunun 2-də, axşam saatlarında Prezident Adminstrasiyasının qarşısında çəkilib.

«Rolik» (diyircəkli ayaqqabı) sürən gənc taksini saxlatdıraraq maşından sallanmaq üçün icazə istəyir. Sürücü də ona icazə verir. Maşının pəncərəsindən yapışıb yoxuşu qalxan gənc taksi sağa dönərkən büdrəyir və yıxılmaq təhlükəsi yaranır.

Videonu göndərən Rasim adlı sürücü bildirib ki, həmin gəncin iki dəfə yıxılma təhlükəsi yaransa da, o taksidən əl çəkməyib.

Həmin görüntüləri təqdim edirik:[media=https://www.youtube.com/watch?v=8ClpdHfCZg8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar