Sizin Reklam Burada
Tel: 050 378-66-61

"Yazıçı ya yaltaqlıq edir, ya da siyasətə qoşulur" VİDEO

Dünən, 09:09   



Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı yazıçı-publisist Şərif Ağayar olub.

Verilişdə o, ölkədə yazıçıların imicinin aşağı düşməsinin səbəblərindən danışıb:

"Bunun əsas səbəbi odur ki, oxucularımız öz yazıçılarına inanmırlar. Çünki çox zaman yazıçıları öz mənfəətləri üçün yalan danışan görürlər. Mənə görə, əsl yazıçı Tanrı kimi ədalətli və tərəfsiz olmalıdır. Bütün böyük ədiblər də belə olublar".

Şərif Ağayarın sözlərinə görə, yazıçının bütün sahələrdən anlayışı olmalıdır:

"Kino, teatr, rəssamlıq, dünya mədəniyyəti də buna daxildir. Bizimkilər isə ədəbiyyatdan dolanmadıqları üçün bunları bilmirlər. Ona görə də yazıçı ya yaltaqlıq edir, ya da siyasətə qoşulur".

Ətraflı süjetdə:



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar