Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ÜST-dən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ - SON DURUM

27-07-2022, 14:52   


  • \

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinə yoluxma hallarının ən çox yayıldığı ölkələrin adını açıqlayıb.

Anaxeber.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün fövqəladə hallar proqramının Meymunçiçəyi ilə Mübarizə üzrə Katibliyinin rəhbəri Rosamund Lyuis danışıb. O bildirib ki, virus ən çox İspaniyada yayılıb. Lyuisin sözlərinə görə, indiyədək 3 min 125 yoluxma halının qeydə alındığı İspaniyada vəziyyət olduqca ciddidir.

“Dünyada meymunçiçəyinə yoluxma sayına görə ABŞ ikinci yerdədir. Birləşmiş Ştatlarda virusa 2 min 316 nəfər yoluxub. Almaniyada bu rəqəm 2 268, Britaniyada 2 137, Fransada 1 453, Niderlandda 712 təşkil edir. ÜST-ün indiyədək dünya üzrə təsdiq etdiyi 16 mindən çox yoluxma halının 11 mindən çoxu Avropa ölkələrində qeydə alınıb. Eyni zamanda virus hələ də yayılmaqda davam edir”, - ÜST rəsmisi sonda qeyd edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar