Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəblər açılır: Maska şagirdlər üçün də məcburi olacaq? - Nazirlikdən RƏSMİ AÇIQLAMA

8-05-2021, 13:31   


Məktəblər açılır: Maska şagirdlər üçün də məcburi olacaq? - Nazirlikdən RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa edilir.
Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Həmçinin, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. 17 may tarixindən əyani tədrisin qismən bərpası koronavirusun yayıldığı bu dönəmdə orta məktəblərdə maska taxmaq məcburiyyətini gündəmə gətirir.
Şagirdlərin dərs zamanı maska taxması məcburidirmi və ya hansı siniflərə maska taxmaq məcburiyyəti var?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, on iki yaşına qədər olan məktəblilərin maska taxması məcburi deyil:
“Amma 12 yaşından yuxarı sinif şagirdləri üçün dərsdə maska taxmaq məcburidir. Aşağı siniflərdə isə şagirdlərin maska taxması ilə bağlı məsələ artıq valideynlərin və uşaqların öz ixtiyarına buraxılır. Bütövlükdə isə orta məktəblərdə həm yuxarı, həm də ibtidai sinif şagirdlərinə maska taxılması tövsiyə olunur.
Yəni yuxarı sinif şagirdləri və müəllimlərin məktəbdə maska taxması məcburi haldır. Aşağı yaşlı uşaqlarda bu məcburi olmaya da bilər”./Anaxeber.info/
Ülviyyə Mirzəyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar