Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda tədris ilinin vaxtı uzadılacaq? - RƏSMİ CAVAB

8-05-2021, 13:14   



2020-2021 tədris ilinin uzadılması ilə bağlı hələlik heç bir qərar yoxdur.

Anaxeber.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, orta məktəblərdə tədris ilinin son tarixi haqqında dəyişiklik olmayacaq: "Tədris ili əvvəlki qaydada – iyun ayının 14-də sonlanacaq”.
Qeyd edək ki, Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar