İrəvandakı apteklərdə üzərində azərbaycanca təlimat olan dərmanlar satılır.Anaxeber.info Hit.az-a istinadən xəbər verir ki, bu barədə Kara Avetisyan adlı erməni sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, aldığı dərmanın içərisindən Azərbaycan dilində təlimat çıxıb.
Məhsulun İrəvana qaçaqmalçılıq yolu ilə daxil olduğu ehtimal edilir.