Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əhaliyə XƏBƏRDARLIQ - Sizə zəng edib bu məlumatları soruşsalar, cavab verməyin!

19-04-2021, 10:55   




“Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.
Musavat.com xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.
Müvafiq hallarla qarşılaşdığınızda hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.
Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər”, - məlumatda qeyd olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar