Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“HƏMİŞƏ SƏKSƏKƏ İÇİNDƏ YAŞAMIŞAM" - "1967-ci ildən rahat yatmıram..."

5-04-2021, 12:47   




"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.
“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib.
Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.
1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi./azpolitika.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar