Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AZAL-ın bahalı səyahəti: Eyni marşrut üzrə bilet Tbilisidən 146, Kiyevdən 193, Bakıdan 446 dollara-ETİRAZ

23-03-2021, 13:23   


AZAL-ın bahalı səyahəti: Eyni marşrut üzrə bilet Tbilisidən 146, Kiyevdən 193, Bakıdan 446 dollara-ETİRAZ

Son günlər sosial şəbəkədə AZAL-ın bilet qiymətlərinin yüksək olması ilə bağlı etirazlar səslənir.
Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli də AZAL-ın bilet qiymətlərinə etiraz edib.

N.Cəfərli 3 MDB ölkəsinin müqayisəsini aparıb: “Eksperiment üçün tasədüfi tarixlər seçdim – 5 apreldə İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz biletə 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir.
AZAL inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərməyinə görə Azərbaycan vətəndaşı niyə ərtaf ölkə vətəndaşlarından daha çox pul ödəməlidir? Bu nə deməkdir? Nə ilə izah edilir? Yaxşı, bu qədər baha bilet sataraq necə olur ki, AZAL hələ ziyanla işləyir, büdcədən dotasiya da alır?”
Vilayət Muxtar

Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar