Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda üçüncü dalğa gözlənilirmi? “Nə qədər ki, nəqliyyatda sıxlıq var, artım...” – AÇIQLAMA

16-03-2021, 17:53   


Azərbaycanda üçüncü dalğa gözlənilirmi? “Nə qədər ki, nəqliyyatda sıxlıq var, artım...” – AÇIQLAMA

Avropanı koronavirusun üçüncü dalğası bürüyüb.
Bunu "The Guardian" qəzeti son günlərin koronavirus statistikasına əsasən yazıb.
Bildirilib ki, yüksək yoluxuculuq koronavirusun yeni mutasiyaları və peyvəndləmə kampaniyasının lənğ aparılması ilə bağlıdır. Belə ki, Avropada son sutkada koronavirusa yoluxma fevralın əvvəlləri ilə müqayisədə kəskin artıb.
Mətbuat yazır ki, üçüncü dalğa məhdudiyyətlərin təkrar tətbiqinə, ölkələrin qapanmasına, lokdauna səbəb olub. Bu ölkələr arasında Fransa və İtaliya da var. Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə də sutkalıq yoluxma artır. Almaniyada artıq üçüncü dalğa rəsmən etiraf olunub.
Bundan əvvəl ekspertlər güman edirdilər ki, üçüncü dalğa Avropanı bu ilin payızında ağuşuna ala bilər. Ancaq görünən odur ki, üçüncü dalğa daha tez gəlib.
Məlum olduğu kimi, son zamanlar ölkəmizdə də koronavirusa yoluxma sayı sürətlə artır. Hətta bu gün açıqlanan məlumatda yoluxma sayının 900-ü keçdiyi açıqlanıb.
Bunu üçüncü dalğanın başlanğıcı hesab etmək olarmı?
Həkim terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında son zamanlar koronavirusla bağlı xəstəxanalara müraciət edənlərin sayında artım olduğunu bildirib:
“Deyəsən, yavaş-yavaş üçüncü dalğa başlamaq istəyir. Bu da müəyyən qoruyucu tədbirlərə lazımi səviyyədə əməl edilməməsi ilə bağlıdır. Əsasən də tibbi maskalarla bağlı məsələdə boşluğun yaranması koronavirusun yayılmasına səbəb olur. Bundan başqa nə qədər ki, nəqliyyatda sıxlıq var, bu artım davam edəcək”.
Xatirə
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar