Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama

12-03-2021, 17:26   



Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.

Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
Anaxebe.info xəbər verir ki, “azxeber.com” sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
Qurumun sözçüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
"Martın 13-də Operativ Qərargahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar