Azərbaycanda mart çovğunu: qar ölkəni təslim aldı - görüntülər
12-03-2021, 13:30
Öncədən xəbər verildiyi kimi, bu gün respublika ərazisində hava şəraiti kəskin pisləşib.
Musavat.com xəbər verir ki, ölkədə qar və çovğun müşahidə edilir. Yollar buz bağlayıb, hərəkət çətinləşib. Yollarda köməksiz qalanlar, yardıma möhtac olanlar var. Bu video bu gün Bakı - Şamaxı yolunda və Tovuz rayonu ərazisində çəkilib. Əksər rayonlarda da vəziyyət belədir.