Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentin təltif etdiyi general kimdir? — DOSYE

12-03-2021, 13:24   





Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla general-mayor İlqar Məmmədov “İgidliyə görə” medalı ilə mükafatlandırılıb.

Prezidentin təltif etdiyi general-mayor İlqar Məmmədov haqqında bəzi məlumatları təqdim edirik:

İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir

1992-2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir. İki övladı var.(ölkə.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar