"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü olmamağımdan məyus olsam da, partiyanın qərarına hörmətlə yanaşıram"."AzPolitika.info" xəbər verir ki, bu sözləri yeniavaz.com saytına açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov deyib.
Xatırladaq ki, Ə. Həsənov qurultaya qədər partiyanın ali orqanı olan İdarə Heyətinin üzvü olub. Həmkarlarından fərqli olaraq onun namizədliyi nə Veteranlar Şurasının, nə də Nəzarət Təftiş Komissiyasının üzvlüyünə irəli sürülməyib.
“Qurultay partiyanın ali orqanıdır. Onun qəbul elədiyi qərar bütün partiya üzvləri üçün məcburi xarakter daşıyır. Ona görə də mən qurultayın qərarına hörmətlə yanaşıram”-deyə, Ə. Həsənov vurğulayıb.
YAP-ın martın 5-də keçirilən növbədənkənar VII qurultayında qəbul olunan qərarlara əsasən Əli Həsənov, AMEA prezidenti Ramiz Mehdiyev və Millət vəkili Siyavuş Novruzov, Nurlana Əliyeva partiyanın İdarə Heyətinin üzvlüyündən çıxarılıb."Anaxeber.info"