Mütəxəssislər koronavirusun insan həyatına vurduğu ziyanı hesablayıb.Onlar belə qənaətə gəliblər ki, pandemiyadan baş verən hər ölüm insan həyatını orta hesabla 16 il qısaldıb. Ümumi araşdırma isə göstərib ki, pandemiya bütün dünya üzrə insan ömründən 20,5 milyon il kəsib.
Cebhe.info xəbər verir ki, bu barədə “Scientific Reports" yazıb.
Tədqiqatçıların hesablamalarına görə, bu məlumatlar dünya üzrə 1 279 866 ölüm halının araşdırılması zamanı üz çıxıb. Tədqiqatlar 81 ölkəni əhatə edir və bu ölkələrdə orta ömür nəzərə alınıb.
Məlum olub ki, itirilmiş ömürlərin 44,9 faizi 55-75 yaşlı insanlara aiddir. 55 yaşdan aşağı olanlarda bu rəqəm 30,2 faiz, 75 yaşdan yuxarı olanlarda isə 25 faizdir. Bu göstərici qadınlara nisbətən kişilərdə 44 faiz çoxdur.
Mütəxəssislər onu da bildiriblər ki, COVID-19-dan dəyən zərər adi mövsümü qripdən 2-9 dəfə çox, ürək-damar xəstəliklərindən dəyən zərərdən isə 2-4 faiz azdır.
Xəzər
Anaxeber.info