Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Azərişıq”ın tikinti şirkəti ilə “sayğac müqaviləsi” – 20 manatlıq firma ilə tender oyunu

15-02-2021, 10:39   


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Meqaplus” firması ilə müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, maliyyə dəyəri 84 960 AZN təşkil edən müqavilədə MP106 və MP306 tipli Paudraad SMART kart tipli sayğacların kart oxuyucularının satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Meqaplus” firması 24 aprel 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi isə Seyidov Abuzər Bəkir oğludur.
art abonent kartları ilə təmin etməlidir.

21 ilə yaxındır fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə “Meqaplus” firması və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Əldə etdiyimiz məlumatlara görə isə “Meqaplus” firması əslində tikinti şirkətidir. 2020-ci ilin fevral ayında Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi “Meqaplus”la 194 298.46 AZN dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərində qeyd edilib ki, firma söküntü və abadlıq işlərini həyata keçirməlidir. Bundan, başqa Neftçala rayonunda Olimpiya Kompleksinin inşasını da bu firma həyata keçirir. Bu faktlar “Meqaplus”un tikinti şirkəti olduğunu təsdiq edir.
Gülay

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar