Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünya sürətlə peyvənd olunur: ÜST isə ancaq bir vaksini təsdiqləyib

10-02-2021, 17:02   


Dünya sürətlə peyvənd olunur: ÜST isə ancaq bir vaksini təsdiqləyib - BİZİM ARAŞDIRMA

Artıq dünya ölkələrinin bir çoxunda koronavirusa qarşı peyvəndləmə prosesinə start verilib və hər ölkə bu sahədə fərqli strategiyadan istifadə edir.
Lakin peyvəndin etibarlılığı hər bir ölkənin ortaq marağını təşkil edir. Bu mənada, ölkələr fərqli şirkətlərin hazırladığı peyvəndləri alsa da, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yalnız bir peyvənd təsdiqlənib.
Cebhe.info bu dəfə ÜST-ün və ölkələrin bu sahədəki gördüyü işlər barədə məlumatları təqdim edir.
“Pfizer-Biontech” ÜST tərəfindən təsdiqlənmiş ilk peyvənddir. Bu barədə yanvarın 1-də məlumat verilib: "Biz bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğun olduğunu müəyyən etdik. COVİD-19-a qarşı mübarizə çərçivəsində onun xeyri potensial risklərdən üstündür", - təşkilatın bəyanatında bildirilib.
"Pfizer-BioNTech" peyvəndini təsdiqləyən ilk ölkə isə İngiltərə olub və daha sonra bu peyvəndin istifadəsi ABŞ və Kanadada təsdiqlənib. Avropa Dərman Agentliyi və AB Komissiyası da 21 dekabrda "Pfizer" peyvəndini təsdiqləyib. Kanada və ABŞ "Pfizer -BioNTech" peyvəndi ilə 14 dekabrda, İsveçrə 23 dekabrda, Serbiya 24 dekabrda, əksər AB ölkələri 27 dekabrda və İslandiya 29 dekabrda vaksinasiyaya başlayıblar.
Azərbaycanın Çindən aldığı "Sinovac" peyvəndi də hazırda ÜST-dən təsdiqlənmə gözləyir. Yanvar ayının əvvəllərində ÜST yetkililəri bununla bağlı açıqlama yayaraq, hazırda peyvəndlə bağlı araşdırma işlərinin davam etdirildiyini bildirmişdilər.
"Moderna" dərman şirkəti tərəfindən hazırlanan peyvəndi təsdiqləyən ilk ölkələr də ABŞ və Kanada olub. Bu peyvəndin 6 yanvar tarixində AB-də təsdiqlənməsi ilə bağlı tövsiyə qərarı olub.
Hazırda ÜST Rusiyanın istehsalı olan “Sputnik V” və “Epivaccorona” daxil olmaqla 14 koronavirus peyvəndi üçün müraciətləri nəzərdən keçirir.
“Sputnik V” peyvəndi beş mərhələnin üçündən uğurla keçib. İstehsalçılar tərəfindən ÜST-ə verilən əlavə məlumatlar nəzərdən keçirilir. Sənədə görə, “Epivaccorona” daha dörd mərhələdən keçməli olacaq.
Mütəxəssislər peyvəndin effektivliyi və təhlükəsizliyi ilə yanaşı, istehsalına da diqqət ayıracaqlar. ÜST sözçüsü Margaret Harrisin dediyinə görə, analiz çox diqqətlə aparılır. Yalnız bütün lazımi məlumatlar verildikdən və nəzərdən keçirildikdən sonra ÜST mütəxəssisləri dərmanı təcili istifadə üçün tövsiyə olunan siyahıya daxil etməyə qərar verə bilərlər. Bu səbəbdən ÜST mütəxəssisləri tərəfindən son qərarın verilmə tarixi hələ müəyyənləşdirilməyib.
ÜST hələlik təsdiqləməsə də, “Sputnik V” Rusiya, Belarus, Serbiya, Argentina, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda qeydiyyatdan keçib.
“Reuters”in verdiyi məlumata görə isə, Cənubi Koreyanın “SK Bioscience” şirkətindən peyvəndin təsdiqi fevral ayının sonuna gözlənilir. Ardından Hindistan və Argentina tərəfindən birgə hazırlanan “Oxford / AstraZeneca” peyvəndinin fevral və ya mart ayında təsdiqlənməsi mümkün görünür.
Naibə
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar