“Vaskin immuniteti heç vaxt təbii immunitetlə bərabərləşdirilə bilməz".Cebhe.info xəbər verir ki, bunu rusiyalı mütəxəssis, 25 il Botkin adına Kliniki Xəstəxananın baş həkimi olmuş Aleksey Yakovlev deyib. O bildirib ki, koronavirusa yoluxan şəxsin immuniteti peyvənd olunan şəxsin immunitetindən daha güclü olur:
“Şəxs orta və ya ağır dərəcəli yoluxursa, o zaman sağaldıqdan sonra immuniteti daha da güclənir. Əgər yoluxma zəif olarsa, o zaman immunitet də zəif olur".Mütəxəssis bildirib ki, immunitetin nə zamana qədər güclü olması barədə fikir birmənalı deyil:
"Çünki 2, hətta 3-cü dəfə virusa yoluxanlar var. Mən Moskvada 72 yaşı şxəsi müalicə etmişdim. O, 2,5 aydan sonra yenidən virusa yoluxmuşdu".Xəzər
Anaxeber.info