Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Evləri sökülən 26 ailə: "Bizə 30 min pul verirlər, deyirlər olan budur çıx cəhənnəm ol" video

10-02-2021, 09:13   


Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1


Video açılmırsa YouTube-dan izləyin.

Bakı şəhəri Xətai rayonu Əliağa Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxananın bəzi sakinləri evlərinin sökülməsinə görə etiraz aksiyası keçiriblər.

Əvvəllər Bakı Məişət Kondisioneri Zavodunun yataqxanası olan binada 30-a yaxın ailə binada yaşayış ola-ola evlərinin sökülməsini istəmir.

Sakinlər deyir ki, dünəndən binada işıq və qaz verilişi dayandırılıb.


Etiraz edənlər binanın sökülməsi və yerində yeni bina tikilməsi barədə rəsmi qurumlarla razılığa gəlməyən ailələrdir.


Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov BBC News Azərbaycancaya bildirib ki, bina kəskin qəzalı vəziyyətdədir və FHN-nin və Nazirlər Kabinetinin binanın sökülməsi haqqında qərarı var.

İcra Hakimiyyəti rəsmisi deyib ki, binada 146 ailə olub və onlardan 120 ailə sökülən binanın yerində tikiləcək binada onlara mənzillər verilməsi ilə razılaşıblar. Etiraz edənlər isə qalan 26 ailədir.

Pənah İmanov deyir ki, bina kəskin qəzalı vəziyyətdədir və sakinlərdən şikayəti olanlar məhkəməyə müraciət edə bilərlər.

Xətai rayonu sakinləri
Şəklin alt yazısı,Evləri sökülən 26 ailə: "Bizə 30 min pul verirlər, deyirlər olan budur çıx cəhənnəm ol"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar