Sizin Reklam Burada
Tel: 050 378-66-61

"CoronaVac" virusun bütün ştammlarına qarşı təsirlidir?- Tanınmış həkimdən AÇIQLAMA

9-02-2021, 16:28   

““AstraZeneca” peyvəndi “Cənubi Afrika ştamm”ına qarşı təsirsizliyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir”. Bunu ÜST mütəxəssisi Maria van Kerxove CBS televiziyasına müsahibəsində deyib. O bildirib ki, hazırda peyvəndin təsirini, bədənin immunitet reaksiyasını öyrənmək üçün bir sıra işlər aparılır: “Effektivliyin azalmasına işarə edən bəzi ilkin araşdırmalar var, lakin yenə də bu işlər hələ tam olaraq təsbit edilməyib".
Məlumdur ki, koronavirus vaksinləri ilə bağlı mövqe heç də birmənalı deyil, ümumiyyətlə vaksinasiyanın əleyhinə olanlar da az deyil. Peyvəndlə bağlı müxtəlif informasiyaların – o cümlədən də onun COVID-19-un hansısa ştampına qarşı effektsizliyi ilə bağlı yayılan xəbərlər fikirləri daha da haçalandırır.
Azərbaycanda istifadə olunan "Sinovac" şirkətinin "CoronaVac" vaksini necə, koronavirusun “Cənubi Afrika ştam”ına, eləcə də digər ştammlara qarşı təsirlidirmi?
Professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, hələ ki, bununla bağlı dəqiq məlumat yoxdur: “Hələlik biz bir şey deyə bilmirik. Məlumat bu idi ki, vaksinlər həmin ştamma qarşı da həssasdılar və immunitet yaradırlar.

Hələlik Çin vaksini ilə bağlı bilgilər budur. Görək, sonrakı hadisələr, çalışmalar necə olacaq”.
Xatirə Nəsirli
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar