Qurban Yetirmişli: “Dünyada olan 3 seymoloji qurşaqdan biri Azərbaycandadır”Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müxtəlif yeraltı təkanlar qeydə alınır. Bu təkanlar hiss olunan və olunmayan olmaqla iki kateqoriyaya bölünür. Zəlzələnin hiss olunması isə onun dərinliyindən birbaşa asılıdır.
AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Konkret.az-a açıqlamasında bildirib ki, Rixter cədvəli ilə maqnitudası 3 və 3-dən yuxarı olan yeraltı təkanlar haqqında mətbuata məlumatlar öürülür: “Azərbaycan seysmoloji cəhətdən aktiv bölgədə yerləşir.
Dünyada olan 3 seymoloji qurşaqdan biri ( Alp-Himalay) Azərbaycandadır. Biz də bu zonada yerləşdiyimiz üçün il boyu 6-7 min yeraltı təkanlar qeydə alınır”.
Qurban Yetirmişli deyir ki, qısamüddətli zəlzələ proqnozu dünyada yoxdur: “Çünki bunu demək qeyri-mümkündür. Amma orta və uzunmüddətli zəlzələni proqnoz etmək olar. Çünki həmin ərazidə aparılan tədqiqatlar kompleks şəkildə aktivləşmənin getdiyini və zəlzələ olma ehtimalını üzə çıxarır.
Məsələn 2000-ci il zəlzələsi baş verəndə, Xəzərdə zəlzələ olacağını rəsmi şəkildə yazmışdıq. O vaxt baş nazirin müavini olan Abid Şərifov bizə zəng edərək nə etməli olduğumuzu soruşdu. Mən cavab verdim ki, nə vaxt olacağını dəqiq demək çətindir. Beləcə noyabr ayının 25-i zəlzələ baş verdi. İndi isə yaxın günlərdə dağıdıcı, 8-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı yoxdur”. Anaxeber.info