"Bloomberg" ekspertlərinin hesablamalarına görə, koronavirusun sona çatması üçün dünya əhalisinin 75 faizi peyvəndlənməldir.Bildirilir ki, bunun üçün isə 7 il tələb olunur.
Mütəxəssislərin fikrincə, hazırda peyvəndləmə tempi nəzərə alınarsa, məqsədə ən çox yaxınlaşan İsrail və Birləşmiş Ərəb Əmirliyidir. Bu ölkələrdə artıq iki aydan sonra əhalinin böyük hissəsinin peyvəndlənməsi başa çatacaq.
Böyük Britaniyada isə əhalinin 75 faizinin vaksinasiyası yarım ilə tamamlanacaq. Dördüncü yerdə ABŞ-ın olduğu qeyd edilir. Belə ki, burada ştatlar arasında fərq olsa da, ümumilikdə gələn il 75 faiz əhali peyvəndlənmiş olacaq.
İtaliyada əhalinin 75 faizinin peyvəndlənməsi 2,5 il, Almaniyada 3,1 il, Fransada 3,8 il, Çində 5,5 ilə başa çatacaq. Kanada, Rusiya və Hindistanda isə müddət daha uzundur - 10 il.
Maraqlıdır, Azərbaycanda əhalinin 75 faizinin peyvəndlənməsi üçün neçə ilə ehtiyac var?Mövzu ilə bağlı
Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, Azərbaycanda bu proses 2 ilə yaxın müddətə yekunlaşa bilər:
"Peyvəndləmə yanvarın 18-dən başlayıb. 20 gün ərzində təxminən, 70 min insan peyvəndlənibsə, deməli 10 günə 35 min insan düşür. Bu intensivliklə davam etsək, 1 il yarımdan bir qədər çox müddətə bu işi yekunlaşdıra bilərik. Düşünürəm ki, bu iş sürətləndirilməlidir. Çünki peyvənd olunan insanlarda 6 ay sonra immunitet zəifləməyə doğru gedir. Bu da o deməkdir ki, 6 ay öncə peyvənd olunan şəxslər olmayanları yoluxdura bilər. Ona görə də bu proses nə qədər sürətli həyata keçirilərsə, o qədər yaxşıdır".Naibə
/Anaxeber.info/